Millimizin üzvü “Antalyaspor”un əsas komandasına cəlb edilmədi FOTO

Türkiyə Super Liqasında mübarizə aparan "Antalyaspor” klubu mövsümün ikinci yarısında hansı heyətlə mübarizə aparacağını müəyyənləşdirib. 
Newsport.az saytının məlumatına görə , Antalya təmsilçisi ikinci yarı üçün əvəzedici komandadan iki futbolçusunu əsas komandaya cəlb edib. Belə ki,  ikinci komandadan Atakan Cangöz və Burkan Öksüz 28 nəfərlik siyahıya adına daxil etdirə bilib. 
Əvəzində isə mövsümün əvvəlində "Karamgümrükspor”dan icarəyə götürülən Cem Fələkin adı siyahıda yer almayıb.  19 yaşlı futbolçulardan ibarət millimizin sabiq üzvünün heyətə cəlb olunmaması Türkiyə mətbuatının da marağına səbəb olub. 

Qeyd edək ki, Cem "Antalyaspor”un əsas komandasını heyətində Türkiyə Kuboku matçında forma geyinməyi bacarıb.

 

Millimizin üzvü “Antalyaspor”un əsas komandasına cəlb edilmədi - FOTO

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right