Hollandiya milli komandasının sabiq üzvü Xalid Bulahruz karyerası barədə önəmli qərar verib.
Newsport.az saytının məlumatına görə, son olaraq "Feyenoord”da çıxış edən 34 yaşlı futbolçu karyerasını bitirib.
Məşhur müdafiəçi bu gün verdiyi açıqlamada karyerasını başa vurduğunu bildirib: "Çox çətin qərar idi. "Feyenoord”dan yeni müqavilə təklifi almışdım. Həmçinin, İtaliya və Hindistan variantları var idi. Amma belə qərar qəbul etdim. Düşünürəm ki, bu bizim üçün yaxşı qərar olacaq.”
Qeyd edək ki, Bulahruz zəngin karyeraya məxsusdur. O, vaxtıilə "Çelsi”, "Sevilya”, "Ştudqart” və "Sportinq” kimi məşhur klublarda forma geyinib. Bulahruz həmçinin, 2004-12-ci illərdə Hollandiya milli komandasının da şərəfini qoruyub.