Arda Turan "Valensiya"ya qarşı oynamayacaq

İspaniya kubokunun yarımfinal mərhələsinin cavab görüşündə "Valensiya" ilə qarşılaşacaq "Barselona" bu axşam fərqli heyətlə meydana çıxacaq.

Newsport.az-ın məlumatına görə, Kataloniya təmsilçisinin baş məşqçisi Luis Enrike axşamkı matçda əsas heyət oyunçuların əksəriyyətinə istirahət verəcək.

Bu səbəbdən Neymar, Daniel Alveş, Jerar Pike, Serxio Buskets, Luis Suares, Andres İniyesta və Xordi Alba kimi futbolçular "Valensiya" ilə oyunun "18"liyinə daxil edilməyib. Ayağında ağrı hiss edən Arda Turan da bu gecə meydana çıxmayacaq. Enrike həftəsonu "Selta Viqo" ilə oyunu nəzərə alaraq türkiyəli futbolçunu "Valensiya" ilə matçda oynatmamaq qərarı alıb.

Qeyd edək ki bu gecə keçiriləcək "Valensiya" - "Barselona" oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq. Bu komandalar arasında baş tutan ilk görüşdə "Barselona" 7:0 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right