Azərbaycanlı futbolçu Samir Məsimov Sloveniyanın "Domjale" klubunun heyətində ilk oyununa çıxıb.
Newsport.az saytının məlumatına görə, o, komandasının Türkiyə toplanışı çərçivəsində Bolqarıstan "Levski"si ilə qarşılaşmanın iştirakçısı olub.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Maraqlıdır ki, "Domjale"nin yeganə qolunu vaxtilə "Bakı"da oynamış Lukas Mario Horvat vurub.
Məsimov bu oyuna start heyətdə və 19 nömrəli formada çıxıb. Amma o, 61-ci dəqiqədə əvəzlənib.