Sloveniyanın "Domjale" klubu bu gün Türkiyə toplanışı çərçivəsində yoxlama oyununa çıxır.
Newsport.az saytının məlumatına görə, "Neftçi"nin sabiq futbolçusu Samir Məsimovun yeni komandası Bolqarıstan "Levski"si ilə üz-üzə gələcək.
Məsimovun da bu oyunda start heyətdə meydana çıxması gözlənilir. Bu, futbolçumuzun yeni klubunda debüt matçı olacaq.