Didye Droqba milli komanda ile vidalaşdı

Kot-dİvuar millisinin hücumçusu Didye Droqba millidəki karyerasına son verib.Newsport.az saytının məlumatına görə, futbolçu bu barədə sosial şəbəkədəki səhifəsində açıqlama yayıb.

 

Bu mövsümün sonunda “Qalatasaray”la müqaviləsi bitən və yenidən “Çelsi”yə qayıdan Droqba 8 ildir kapitan olduğu milli komandanı buraxmaq qərarının onun üçün çətin olduğunu bildirib. Komanda yoldaşlarına və texniki heyətə təşəkkür edən futbolçu Mmlli komandanın formasını daşıdığı üçün qürur duyduğunu vurğulayıb.

 

Qeyd edək ki, Didye Droqba 104 dəfə millinin formasını geyib və 65 qol vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right