Portuqaliya millisinin müdafiəçisi "Latsio"ya keçir

"Union Berlin"dən ayrılan Dioqo Leyte karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Newsport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Portuqaliya millisinin üzvü "Latsio" ilə anlaşıb. 27 yaşlı mərkəz müdafiəçisi Roma klubu ilə 3+1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Dioqo Leyte 2025/26 mövsümündə Almaniya Bundesliqasında 23 matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right