"İnter"in kapitanı Lautaro Martines A Seriyasının 3-cü turunun "Napoli"yə qarşı matçında dubl edib.
Newsport.az xəbər verir ki, argentinalı hücumçu Milan klubunun İtaliya çempionatındakı ən yaxşı bombardirlərinin reytinqində 3-ncü pilləyə yüksəlib.
Martinesin qolları "İnter"ə 3:2 hesablı qələbə qazanmağa kömək edib. 27 yaşlı forvard 56-cı dəqiqədə komandasının hesabda fərqi azaltmasını təmin edib, 90+1-ci dəqiqədə isə qələbə qolunu vurub.
Lautaro üçün bu qollar "İnter"in heyətində A Seriyası çərçivəsində 133-cü və 134-cü olub. Argentina millisinin üzvü macarıstanlı forvard İştvan Nyerşlə bərabərləşib və reytinqdə 3-cü yeri onunla bölüşdürüb.
"İnter"in A Seriyasındakı ən yaxşı bombardirləri:
Cüzeppe Meatsa — 197 qol
Benito Lorentsi — 138 qol
Lautaro Martines — 134 qol
İştvan Nyerş — 134 qol