İstanbul derbisində ölüm

Türkiyə Superliqasının 4-cü turunda keçirilən “Fənərbaxça” - “Beşiktaş” derbisi zamanı faciəvi hadisə baş verib.

Newsport.az xəbər verir ki, qarşılaşmanın ikinci hissəsində “Fənərbaxça” azarkeşi Yaşar Gerçək tribunada infarkt keçirib.

Tibbi yardım göstərilsə də, azarkeşin həyatını xilas etmək mümkün olmayıb.

Faciədən sonra hər iki klub başsağlığı mesajı yayıb. 

Qeyd edək ki, Kadıköydə keçirilən derbi “Beşiktaş”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right