İtaliyanın “Torino” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az xəbər verir ki, A Seriyası təmsilçisi müdafiəçi Rikardo Rodriqesi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İsveçrəli futbolçu ilə 1 illik müqavilə imzalanıb.
34 yaşlı müdafiəçisi son olaraq “Betis”də (İspaniya) çıxış edib.
Qeyd edək ki, Rodriqes İsveçrə millisinin də üzvüdür.