“Borussiya” tanınmış futbolçunu transfer etməyi planlaşdırır

"Mançester Yunayted"dən ayrılan Ceydon Sanço klubsuz qalıb.

Newsport.az “The Sun”a istinadən xəbər verir ki, ingilis vingerə hazırda təkliflər çoxdur. O, hansı komandada oynayacağına hələ ki qərar verməyib.

26 yaşlı futbolçu “Samsunspor”, “Beşiktaş”, “Atletiko”(Madrid), “Brentford”, “Əl-Rayyan”, “Borussiya” (Dortmund) arasında seçim etməlidir.

Son məlumatlara görə, o, “Borussiya” və “Beşiktaş” rəsmilərinin təklifinə daha isti yanaşıb. Yaxın günlərdə Sanço bu mövsüm hansı komandada oynayacağı ilə bağlı qərar verəcək.

Qeyd edək ki, ingilis vinger “Borussiya” (Dortmund) , “Mançester Yunayted”, “Çelsi” və “Aston Villa”da oynayıb. Onu da əlavə edək ki, “Borussiya” Çempionlar Liqasında liqa mərhələsində “Sabah”ın rəqiblərindən biridir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right