"Beşiktaş"dan ayrılan futbolçu Yunanıstana qayıtdı

"Beşiktaş"dan ayrılan Joau Mariunun yeni klubu məlum olub.

Newsport.az xəbər verir ki, portuqaliyalı hücumameyilli yarımmüdafiəçi Yunanıstana qayıdıb.

Mariu AEK-lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı futbolçu ilə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Joau Mariu 2025/26 mövsümündə icarə əsasında AEK-də çıxış edib. Portuqaliya millisinin üzvü Afina təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right