Bütün matçlar 10-cu dəqiqədə dayandırlacaq Messinin şərəfinə

Argentina Futbol Assosiasiyası Lionel Messinin şərəfinə xüsusi aksiya elan edib.

Newsport.az xəbər verir ki, kapitan bazar ertəsi milli komandadan ayrılacağını açıqlayıb. Bununla əlaqədar olaraq, növbəti turda Argentinada keçiriləcək bütün kişi və qadın futbol çempionatlarının oyunları 10-cu dəqiqədə dayandırılacaq. Məqsəd oyun iştirakçılarının əfsanəvi futbolçunu alqışlamasıdır. Azarkeşlərin də bu təşəbbüsə qoşulacağı gözlənilir.

Həmçinin həmin bir dəqiqə ərzində stadionlardakı ekranlarda assosiasiya tərəfindən hazırlanmış xüsusi video nümayiş etdiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right