Türkiyənin "Trabzonspor" klubu heyətini yeni hücumçu ilə gücləndirib.
Newsport.az xəbər verir ki, Super Liqa nəhəngi "Midyullann"dan Frankulinu Cunu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Trabzonspor" qvineya-bissaulu futbolçu üçün Danimarka klubuna 17 milyon avro təzminat ödəyib. 22 yaşlı forvardla 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Frankulinu Cu cari mövsümdə "Midyullann"ın heyətində bütün turnirlərdə meydana çıxdığı 10 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.