Millimizin üzvünün qolu komandasını məğlubiyyətdən xilas etmədi

Anatoli Nuriyevin formasını geyindiyi "Kişvarda "Macarıstan çempionatında dördüncü turun matçını keçirib.

Newsport.az xəbər verir ki, Azərbaycan millisinin üzvünün yeni komandası səfərdə "Nyiregyhaza" klubunun qonağı olub. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Nuriyev matçın 57-ci dəqiqəsində meydana daxil olub və komandasının yeganə qoluna imza atıb.

Qeyd edək ki, aktivində 4 xalı olan "Kişvarda" 8-ci pillədə yer alıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right