"Beşiktaş"ı İtaliya klubuna dəyişəcək

"Beşiktaş"In müdafiəçisi Feliks Uduohay karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Newsport.az xəbər verir ki, almaniyalı futbolçu "Montsa"ya keçəcək. Bu barədə jurnalist Oğuzhan Genç məlumat yayıb.

İstanbul klubu 28 yaşlı mərkəz müdafiəçisinin satışından 1,5 milyon avro gəlir əldə edəcək.

Qeyd edək ki, "Beşiktaş" Feliks Uduohayı 2024-cü ilin yayında "Auqsburq"dan transfer edib. Təcrübəli oyunçu cari mövsümdə Avropa Liqasının təsnifat mərhələsi oyunlarında meydana çıxmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right