"Milan"ın müdafiəçisi Fransa klubunda

"Lion" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, Liqa 1 nəhəngi "Milan"dan Zakari Atekamini icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İsveçrəli sağ cinah müdafiəçisi qarşıdakı mövsümü "Lion"un heyətində keçirəcək.

Qeyd edək ki, "Milan" Zakari Atekamini 2025-ci ilin yayında "Yanq Boyz"dan 10 milyon avroya transfer edib. 21 yaşlı futbolçu A Seriyası təmsilçisinin heyətində 29 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right