UEFA "İnter"i cərimələyə bilər

UEFA "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "İnter"i "Mailiyyə Fair Play" testindən keçirməyə hazırlaşır.

Newsport.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, "İnter"lə yanaşı, "Liverpul", "Monako" və "Roma"nın "Maliyyə Fair Play" qaydalarını pozduğu  iddia edilir. 

Bununla bağlı UEFA həmin klublara rəsmi bildiriş göndərib. Qitənin ali futbol qurumu sözügedən klublardan maliyyə durumları ilə bağlı yeni sənədlər təqdim etməsini tələb edib.

Əgər bu klubların maliyyə qaydalarını pozduğu təsdiqlənərsə, onlar böyük ehtimalla cərimələnəcəklər.

UEFA-nın bununla bağlı qərarı sabah açıqlayacağı gözlənilir.

Qeyd edək ki, bundan əvvəl PSJ və "Mançester Siti" trasferlərə çoxlu pul xərcləyərək "Maliyyə Fair Play" qaydasını pozduğu üçün cərimələniblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right