Azərbaycan millisinin sabiq müdafiəçisinin Türkiyə klublarına keçidinə FİFA mane oldu

Azərbaycan millisinin sabiq müdafiəçisi Turan Manafov karyerasını Türkiyədə davam etdirməyə yaxın olub.

Newsport.az xəbər verir ki, müdafiəçinin xidmətində "Antalyaspor" və "Pendikspor" maraqlı olub.

Danışıqlar müsbət sonluğa doğru gedirmiş.

Amma adıçəkilən klublara FIFA-dan transfer qadağası qoyulub.

Belədə məsələ tam qapanıb.

27 yaşlı futbolçu hazırda müqavilə ilə Cənubi Afrika Respublikasının (CAR) “Stellenboş” klubuna məxsusdur.

"Neftçi"nin yetirməsi 2025-ci ildə “Stellenboş”a transfer olunub.

O, adıçəkilən klubda 10 qarşılaşmada forma geyinib.

Tərəflər arasında müqavilənin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.

Turan son yarım ili icarə əsasında "Qəbələ"də keçirib.

Sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right