“Barselona”nın sabiq hücumçusu Robert Levandovski klubun rəsmi saytında əfsanələr bölməsinə əlavə olunub.
Newsport.az xəbər verir ki, hazırda MLS-in “Çikaqo Fire” klubunda çıxış edən polşalı futbolçu bununla da Kataloniya təmsilçisinin tarixində iz qoymuş oyunçuların siyahısına düşüb.
Burada Lionel Messi, Xosep Qvardiola, Dieqo Maradona, Yohann Kroyff və digər əfsanələr də yer alır.
Levandovski 2022-ci ilin yayından bu ilin yayına qədər “Barselona”da çıxış edib. O, komanda ilə bütün turnirlərdə 193 matça çıxıb, 120 qol vurub və 24 məhsuldar ötürmə edib.
Polşalı hücumçu “Barselona” ilə 3 dəfə İspaniya çempionu olub, ölkə kubokunu və 3 dəfə İspaniya Superkubokunu qazanıb.