“Qalatasaray”ın futbolçusu Burak Yılmaz Çinə üz tutan futbolçuların karvanına qoşula bilər.
Newsport.az-ın məlumatına görə, türkiyəli forvardla sözügedən ölkənin “Pekin Guoan” klubu yaxından maraqlanır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Həmkarlarımızın iddiasına görə, artıq Buraka görə İstanbul təmsilçisinə 8 milyon avroluq təklif paketi göndərilib.
Bu xəbərin böyük rezonans doğurmasına rəğmən, “sarı-qırmızılar” məsələylə bağlı rəsmi məlumat yaymayıb.