“Barselona”nın baş məşqçisindən Rodriyə zəng

“Barselona” “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin transferi üçün səylərini artırıb.

Newsport.az “The Touchline”-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik şəxsən Rodriyə zəng edərək, klubun layihəsini izah edib və onu “Barselona”ya keçməyə razı salmağa çalışıb.

Mənbənin iddiasına görə, bu danışıq transfer məsələsində vəziyyəti dəyişib. Bildirilir ki, “Real”la aparılan danışıqlarda irəliləyiş əldə olunmadığından, Rodri artıq “Barselona”ya keçid variantına açıq yanaşır.

İspaniyalı futbolçu ilə “Barselona”nın bir neçə oyunçusu da danışıb. Onların arasında Lamin Yamal da var. Futbolçular İspaniya millisindən komanda yoldaşları olan 30 yaşlı yarımmüdafiəçini “Kamp Nou”ya köçməyi ciddi şəkildə nəzərdən keçirməyə çağırıblar.

Hazırda Rodri bütün variantları dəyərləndirir. “Barselona” isə transferin maliyyə detallarına keçməzdən əvvəl futbolçudan yekun cavab almaq niyyətindədir.

Rodrinin “Mançester Siti” ilə müqaviləsinin müddəti 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right