Erve Renar Fildişi Sahili millisinin baş məşqçisi təyin edilib.
Newsport.az xəbər verir ki, bu barədə yerli futbol federasiyası məlumat yayıb.
Fransalı mütəxəssis 2014-2015-ci ildə də bu yığmaya rəhbərlik edərək Afrika Millətlər Kubokunu qazanıb.
Qeyd edək ki, 57 yaşlı E.Renarın son iş yeri Tunis millisi olub.