"Yuventus”un aparıcı üzvü Martin Kaseres mövsümü erkən başa vurub.
Newsport.az-ın məlumatına görə, İtaliya A Seriyasının son turunda "Cenoa” ilə qarşılaşmada zədə alan futbolçu bu gün tibbi müayinədən keçib.
Müayinənin nəticəsində futbolçunun dabanında ciddi zədə var. Futbolçu yaxın günlərdə əməliyyat olunacaq.
Onun bərpa prosesi isə mövsümün ərzində baş tutacaq. Kaseres yalnız növbəti mövsüm yaşıl meydanlara qayıda biləcək.