Türkiyə PTT I Liqasında mübarizə aparan "Dənizlispor” yaxşı günlərini yaşamır.
Newsport.az-ın məlumatına görə, ciddi maliyyə problemləri ilə üz-üzə qalan Dənizli təmsilçisi dağılmaq təhlükəsi ilə üz-üzə qalıb.
Klubun maliyyə məsələlərini qaydaya qoyulması üçün alternativ variantlar axtarılır. Türkiyənin ənköklü klublarından biri olan "Dənizlispor”a ilk dəstək dəvə sahiblərindən gəlib.
Belə ki, bazar günü Türkiyədə dəvə güləşləri keçiriləcək. Harada keçiriləcəyi bəlli olmayan dəvə güləşi yarışından qazanılan bütün məbləğ "Dənizlispor”un hesabına köçürüləcək.
Qeyd edək ki, "Dənizlispor” ötən mövsüm də eyni aqibətlə üz-üzə gəlmişdi.