Türkiyə millisinin üzvü Çin klubunda

Türkiyə milli komandasının və "Beşiktaş”ın futbolçusu Ersan Gülüm karyerasını çində davam etdirəcək.

Newsport.az saytının məlumatına görə, Gülüm Çinin "Habey Fortuna” klubu ilə anlaşıb. 28 yaşlı futbolçu yaxın günlərdə yeni  klubu iləmüqavilə imzalayacaq. 
 
Ersan artıq "Beşiktaş” camiəsi ilə vidalaşıb. O, "qara qartallar”la vidalaşarkən bu sözlərə yer verib: "Bir çox məşhur futbolçu ilə forma geyinmək şansı qazandım. "Beşiktaş”da gözəl günlərim keçdi. "Beşiktaş”da mənə qarşı edilən dəstəyi ömrümün sonuna qədər. unutmayacam. Burda gözəl günlər yaşadığım üçün klub rəhbərliyinə, komanda yoldaşlarıma və "Beşiktaş” azarkeşlərinə təşəkkür edirəm.  Şanlı "Beşiktaş” tarixinə adımı yazdırdığım üçün çox xoşbəxtəm. Bəlkə nə vaxtsa yenidən İstanbul klubu ilə yollarımız birləşdi. O vaxta qədər haqqınızı halal edin.”
 
Qeyd edək ki, Ersan Gülüm 2013-cü ildən Türkiyə milli komandasının şərəfini qoruyur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right