“Amedspor” - “Fənərbaxça” matçıyla bağlı mühüm qərar

Türkiyə kubokunun 1/4 final mərhələsi çərçivəsində baş tutacaq “Amedspor” - “Fənərbaxça” matçının keçiriləcəyi Diyarbakır şəhərinin rəhbərliyi gözlənilməz qərar qəbul edib.

Newsport.az-ın məlumatına görə, əhalisinin böyük hissəsi kürdlərdən ibarət olan şəhərin İdman Komitəsi sözügedən qarşılaşmada təhlükəsizliyi təmin etmək üçün oyunun keçiriləcəyi stadiona azarkeşlərin və kənar şəxslərin buraxılmaması qənaətinə gəlib. Bu barədə hər iki kluba məlumat verilib.

Qeyd edək ki, “Amedspor”un bir sıra ev və səfər oyunlarında bu komandanın azarkeşləri xoşagəlməz hadisələrin yaşanmasına səbəb olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right