"Roma"dan 35 milyon avroluq hücumçu transferi

"Roma" hücum xəttini yeni oyunçu ilə gücləndirəcək.

Newsport.az xəbər verir ki, A Seriyası nəhəngi "Bolonya"da çıxış edən Santyaqo Kastronun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq klubşar arasında razılıq əldə olunub. "Roma" argentinalı forvard üçün 35 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Bolonya" Santyaqo Kastronu 2024-cü ilin yanvarında "Veles Sarsfild"dən 13 milyon avroya transfer edib. 21 yaşlı hüücumçu 2025/26 mövsümündə komandanın heyətində meydana çıxdığı 51 rəsmi matçda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right