"Sabah"la matçdan əvvəl "KuPS" qələbə qazandı

Azərbaycan təmsilçisi "Sabah"ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "KuPS" Finlandiya çempionatının 17-ci turunda növbəti oyununu keçirib.

Newsport.az xəbər verir ki, Kuopio təmsilçisi doğma meydanda VPS klubunu 3:1 hesabı ilə məğlub edib.

Bu qələbədən sonra "KuPS" 36 xalla Finlandiya çempionatının turnir cədvəlində 1-ci pillədə qərarlaşıb. 

Qeyd edək ki, "KuPS"- "Sabah" matçı iyulun 28-də keçiriləcək. İlk matçda Azərbaycan çempionu 1:0 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right