"Milan"ın yarımmüdafiəçisi Səudiyyə Ərəbistanı klubuna keçir

"Milan"ın yarımmüdafiəçisi İsmael Bennaser karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Newsport.az xəbər verir ki, "Əl-Qarafa" əlcəzairli futbolçunun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

28 yaşlı dayaq yarımmüdafiəçisi "Milan"dan ayrılacaq və yeni klubuna azad agent statusu ilə qoşulacaq.

Qeyd edək ki, İsmael Bennaser 2025/26 mövsümündə icarə əsasında "Dinamo"da çıxış edib. Əlcəzair millisinin üzvü Zaqreb təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right