"Fənərbaxça"nın qapıçısı Yunanıstan klubuna keçməyə yaxındır

"Fənərbaxça"nın qapıçısı Dominik Livakoviç karyerasını Yunanıstan Super Liqasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Olimpiakos" xorvatiyalı qolkiperi transfer etmək istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

İstanbul nəhəngi Pirey klubunun 31 yaşlı "əlcək sahibi" üçün göndərdiyi 4,5 miylon avroluq təklifi qəbul edib. Keçidin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, Dominik Livakoviç 2025/26 mövsümünün birinci yarısında "Jirona"da, ikinci yarısında isə Zaqreb "Dinamo"sunda icarə əsasında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right