Kamilo Duran "Milan"a qol vurdu

"Qarabağ"dan "Seltik"ə transfer olan Kamilo Duran yeni komandasının heyətində növbəti qolunu vurub.

Newsport.az xəbər verir ki, kolumbiyalı hücumçu bu gün "Milan"la keçirilən yoxlama oyununda fərqlənib. Duran 11-ci dəqiqədə qol vurub.

24 yaşlı forvard bundan əvvəl "Sportinq" və "Midlsbro" ilə hazırlıq matçlarında rəqib qapılarına yol tapmağı bacarmışdı.

Qeyd edək ki, Kamilo 5,5 milyon avro qarşılığında "Seltik"ə keçib. O, Şotlandiya klubu ilə 5 illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right