“Messi indiyə qədər gördüyüm ən yaxşı oyunçudur” “Barselona”nın yeni transferi

“Barselona”nın yeni transferi Kərim Adeyemi klubun sabiq hücumçusu, hazırda “İnter Mayami”də çıxış edən Lionel Messi haqqında fikirlərini bölüşüb.

Newsport.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, bunu deyib:

“Messi indiyə qədər gördüyüm ən yaxşı oyunçudur. O, mənim üçün həmişə bir nömrə olacaq. Ronaldinyoya baxmaq da böyük zövq idi. “Barselona” tarixində çoxlu möhtəşəm futbolçular çıxış edib”.

24 yaşlı futbolçu bu yay “Borussiya”dan (Dortmund) “Barselona”ya transfer olunub. O, Kataloniya klubu ilə müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right