Avstraliya millisinin və "Sassuolo"nun yarımmüdafiəçisi Kristian Volpato Sidneydə qalmaqalla gündəmə gəlib.
Newsport.az "BBC Sport"a istinadən xəbər verir ki, Yeni Cənubi Uels polisi 22 yaşlı futbolçunun bir gecədə iki dəfə sürət həddini aşdığına görə saxlanıldığını açıqlayıb. İkinci yoxlama zamanı aparılan narkotik testi kokainə görə ilkin müsbət nəticə verib.
Volpatonun sürücülük vəsiqəsinin ştat ərazisində qüvvəsi müvəqqəti dayandırılıb, əlavə laborator analiz üçün nümunə götürülüb. Araşdırma davam edir.
Avstraliya Futbol Federasiyası futbolçu ilə əlaqə saxladıqlarını və prosesi izlədiklərini bildirib. Oyunçular ittifaqı da Volpatoya dəstək verəcəyini açıqlayıb. "BBC Sport" isə məsələ ilə bağlı "Sassuolo"dan rəsmi açıqlama istəyib.
Qeyd edək ki, 2023-cü ildən "Sassuolo"nun formasını geyinən Kristian Volpato ötən mövsüm çempionatda 24 oyuna çıxıb. Daha əvvəl İtaliyanın aşağı yaş qrupları üzrə millilərində çıxış edən yarımmüdafiəçi may ayında Avstraliya millisini seçib. O, DÇ-2026-da 3 matçda oynayıb və komandasının 1/16 finala yüksəlməsinə kömək edib.