"Tottenhem" və İngiltərə milli komandasının üzvü Ced Spens daha bir klubun transfer siyahısındadır.
Newsport.az "The Sun"a istinadən xəbər verir ki, "Mançester Yunayted" 24 yaşlı yarımmüdafəçi üçün hərəkətə keçib.
Artıq tərəflər arasında rəsmi danışıqlar da olub.
Amma Spensin hansı qərarı verəcəyi dəqiq deyil. Çünki ona PSJ, "Bavariya" kimi klublardan da təklif gəlib.
Spens “Tottenhem”ə 2022-ci ildə, 14 milyon avro qarşılığında “Midlsbro”dan keçib. Onun London klubu ilə müqaviləsinin müddəti 2029-cu il iyunun 30-na qədərdir.