"Barselona" mərkəz hücumçusu axtarışında: Hədəfdə iki isim var

"Əl-Hilal"ın və Uruqvay millisinin hücumçusu Darvin Nunyes karyerasını "Barselona"da davam etdirə bilər.

Newsport.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Bildirilir ki, "Barselona" Robert Levandovskinin gedişindən sonra yeni mərkəz hücumçusu axtarır. Əfsanəvi polyak futbolçunun əvəzlənməsi üçün prioritet namizəd Xulian Alvares olsa da, "Atletiko" (Madrid) argentinalını satmaq istəmir.

Alvaresin transferini reallaşdırmaq mümkün olmasa, "Barselona" Nunyesi heyətinə qatmağa çalışacaq. Belə bir keçidi rəsmiləşdirmək daha asan və ucuz başa gələcək.

Cari ilin yanvar ayından Nunyes de-fakto "Əl-Hilal"ın heyətindən kənarda qalıb. Kərim Benzemanın transferindən sonra o, Səudiyyə Ərəbistanı çempionatı üçün sifariş vərəqəsindən çıxarılıb. Nunyes özü də hazırkı klubunu tərk etməyə çalışır və "Barselona"dan gələcək təklifə müsbət yanşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right