"Barselona" Adeyemini transfer etdi

"Barselona" Almaniyanın "Borussiya" (Dortmund) klubundan Kərim Adeyeminin transferini rəsmən açıqlayıb.

Newsport.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

24 yaşlı hücumçu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.

Klubun açıqlamasında bildirilib ki, Adeyemi həm cinahlarda, həm də hücumun mərkəzində oynaya bilən, sürəti və güclü sol ayağı ilə seçilən universal futbolçudur.

Almaniyalı futbolçu ötən mövsüm "Borussiya"nın heyətində Bundesliqada 28 oyunda 7 qol vurub və 4 məhsuldar ötürmə edib. Çempionlar Liqasında isə 9 matçda 3 qol və 2 assistə imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right