Norveç Futbol Assosiasiyası ABŞ prezidenti Donald Trampın Baloqun işinə müdaxilə etməsi səbəbindən FİFA-nın Etika Komitəsinə rəsmi şikayət etməyə hazırlaşır.
Newsport.az xəbər verir ki, bu barədə "The Times" nəşrinin jurnalisti Martin Ziqler məlumat yayıb.
ABŞ yığmasının Bosniya və Herseqovina ilə 1/16 final oyununda qırmızı vərəqə alaraq meydandan qovulan hücumçusu Folarin Baloqunun cəzası 1 illik sınaq müddəti ilə təxirə salınıb. Nəticədə forvard Belçika ilə 1/8 final qarşılaşmasında meydanda olub.
Sonradan Tramp bu prosesdə şəxsən iştirak etdiyini təsdiqləyib. Media orqanlarının yaydığı məlumata görə, ABŞ prezidenti FİFA rəhbəri Canni İnfantinonu Baloqunun cəzasını ləğv etməyə razı salıb.