Yeni mövsüm Superliqada çempionluq mübarizəsində yer almaq istəyən “Beşiktaş” növbəti transferi reallaşdırmağı planlaşdırır.
Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “qara qartallar” Mohammad Salahdan sonra İngiltərə Premyer Liqasından daha bir futbolçu ilə danışıqlara başlayıb.
“Beşiktaş” “Tottenhem”in hücumçusu Riçarlisonu heyətinə qatmaq niyyətindədir. 29 yaşlı futbolçu maliyyə şərtləri razı salarsa, “Beşiktaş”da oynamağa razı olduğunu menecerinə bildirib.
“Yuventus” və “Fənərbaxça”nın da Riçarlisonla maraqlandığı iddia edilir. Onun “Tottenhem”lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Riçarlison “Amerika”, “Fluminense”, “Uotford” və “Everton” klublarında da oynayıb.