"Mançester Yunayted"in kapitanı Ueyn Runi iddialı açıqlama verib.
Newsport.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o deyib ki, cari mövsümə uğursuz başlamalarına baxmayaraq, yaxşı nəticələr qazanacaqlar:
"İngiltərə Premyer Liqasında uğursuz çıxış etdiyimiz üçün çoxu bizi hesabdan silib. Ancaq biz onları mövsümün sonu utandıracağıq. Bu komandanın uğur qazanacağına inanıram".
Qeyd edək ki, "Mançester Yunayted" hazırda ölkə çempionatının turni cədvəlində 5 xalla 11-ci billədədir.