"Yuventus" klubu ciddi itki ilə üzləşib.
Newsport.az saytının məlumatına görə, komandanın yarımmüdafiəçisi Sami Xedira zədələnib.
A Seriyasının "Kyevo" ilə görüşündə zədə alan Tunis əsilli alman futbolçu ən azı iki-üç həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, Madrid "Real"ından transfer olunan Xedira "Yuventus"da keçirdiyi 12 oyunda 3 qol vurub.