Türkiyədə qanunsuz futbol mərc oyunları ilə bağlı genişmiqyaslı əməliyyatlar davam edir.
Newsport.az xəbər verir ki, İstanbul Şəhər Prokurorluğunun araşdırması çərçivəsində Türkiyə Futbol Federasiyasının (TFF) sisteminə daxil olan klubların 19 rəhbər şəxsi şübhəli qismində istintaqa cəlb edilib.
İstintaqın iddiasına görə, onlar öz komandalarının oyunlarına və digər qarşılaşmalara mərc ediblər. 2020-2026-cı illəri əhatə edən araşdırmada dövlət mərc operatoru IDDAA-nın məlumatları və MASAK-ın maliyyə hesabatları təhlil olunub.
Bildirilib ki, ən çox mərc edən şəxs "Beşiktaş" rəsmisi Tolqa Kırğız olub. Onun 1488 mərc etdiyi qeyd vurğulanıb. Siyahıda sonrakı yerləri Kerem Gürel ("Beşiktaş", 996 mərc), Avni Akdemir ("Erzurumspor", 218), Ünsal Yamaner ("Bandırmaspor", 144) və Savaş Tatil ("Adanaspor", 124) tutub.
Əməliyyatlar Türkiyənin 10 vilayətində eyni vaxtda keçirilib. Məlumata görə, şübhəlilərdən ikisi ölkə xaricindədir. İstintaq davam edir.