İspaniya millisinin futbolçusu Aymerik Laport "Real"a keçə bilər

İspaniya millisinin və "Atletik" (Bilbao) klubunun futbolçusu Aymerik Laport yayda komandasını dəyişə bilər.

Newsport.az yerli mətbuata istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi "Real"a təklif olunub.

Lakin paytaxt təmsilçisi hələlik qərar verməyib.

Xatırladaq ki, hazırda İspaniya millisinin əsas heyət üzvlərindən hesab olunan A.Laport ötən mövsüm 30 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun bazar dəyəri 8 milyon avrodur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right