"Roma"nın yarımmüdafiəçisi Manu Kone karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Newsport.az xəbər verir ki, "Mançester Yunayted" fransalı oyunçunu transfer etmək istəyir. Bu barədə "Corriere della Sera" nəşri məlumat yayıb.
Premyer Liqa nəhəngi yaxın günlərdə Konenin nümayəndələri ilə əlaqə saxlamağı planlaşdırır. İtaliya klubu 25 yaşlı oyunçuya 50 milyon avro qiymət qoyub.
Qeyd edək ki, "Roma" Manu Koneni 2024-cü ilin yayından Münhenqladbax "Borussiya"sından 18 milyon avroya transfer edib. Fransa millisinin üzvü 2025/26 mövsümündə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.