"Mançester Yunayted" "Roma"nın futbolçusu Manu Koneni heyətinə qatmaq istəyir

İngiltərənin "Mançester Yunayted" klubu "Roma"da çıxış edən futbolçu Manu Koneni heyətinə qatmaq istəyir.

Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 25 yaşlı yarımmüdafiəçinin transferi üçün onun nümayəndələri ilə danışıqlar aparacaq.

Fransa millisinin üzvünün "Roma" ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.

O, ötən mövsüm paytaxt təmsilçisində meydana çıxdığı 37 oyunda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right