İspaniya milli komandasının sabiq üzvü Albert Rieranın yeni klubunun adına aydınlıq gəlib. Son olaraq Sloveniyanın "Zavrc” klubunda çıxış edən futbolçu karyerasını yenə bu ölkədə davam etdirəcək. O, "Koper” klubu ilə münasibətlərini rəsmiləşdirib.
Newsport.az-ın məlumatına görə, sabiq "Qalatasaray”lı "Koper”lə müqavilə imzaladıqdan sonra yerli mətbuata açıqlama verib. Futbolçu Sloveniyada xoşbəxt olduğu üçün "Koper”lə müqavilə imzaladığını bildirib.
Futbolçu yerli jurnalistlərin "Ən yaxşı illərini "Qalatasaray”da keçirmisən. Necə idi?” sualını cavablandırarakən "Qalatasaray”la birlikdə "Fənərbaxça”nın meydanında qazandıqları çempionluğu yadına salıb: "O, dövrlərdə dünyanın ən yaxşı təcrübələrini qazandım. Xüsusi ilə aarkeşlərlə... "Fənərbaxça”nın stadionunda çempionluğu qazandığımız vaxt 5 saatdan çox stadionda qaldıq. Azarkeşlər kuboku qaldırmağımıza icazə vermirdi. Stadiondan kənarda azarkeşlər qqırğın edirdi. İnanın, bu derbi dünyanın ən öndə gedən derbilərindən birdir. Həqiqətən qorxmuşduq.”
Qeyd edək ki, Riera 2011-14-cü illərdə "Qalatasaray”ın uğurları üçün çalışıb.