"Fransızlar özlərinə bəhanə axtarmaq məcburiyyətindədirlər" ispaniyalı müdafiəçi

İspaniya yığmasının yarımmüdafiəçisi Markos Lyorente DÇ-2026-nın yarımfinal mərhələsinin Fransaya qarşı matçını (2:0) şərh edib.

Newsport.az xəbər verir, o rəqib oyunçuların hakimlə bağlı fikirlərinə münasibət bildirib:

"Biz ona görə qalib gəldik ki, daha yaxşı oynadıq. Fransızlar isə özlərinə bəhanə axtarmaq məcburiyyətindədirlər. Şübhələrə baxmayaraq, həmişə özümüzə və ideyamıza inanmışıq. 

​Ümid edirəm ki, finalda biz qalib gələ biləcəyik. Komandada heç kim xüsusilə seçilmir. Çünki hamımız əla səviyyədəyik. Dünya çempionatındakı uğurumuz komanda, birlik, ailə atmosferi və xoş ovqatdan ibarətdir".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right