Belçikalı müdafiəçi Toma Mönye azad agent statusu ilə "Sanderlend" klubunun heyətinə qatılıb.
Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, tərəflər arasında əldə olunmuş razılığa əsasən, müqavilənin müddəti 2028-ci ilin yayına qədər qüvvədə olacaq.
Onun son klubu bu ilin iyul ayının əvvəlində tərk etdiyi "Lill" olub. Müdafiəçi Fransa komandasının heyətində ümumilikdə 81 matçda meydana çıxıb, bu oyunlarda 4 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.