"Sanderlend" heyətini belçikalı müdafiəçi Toma Mönye ilə gücləndirib.
Newsport.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı məlumat yayıb.
34 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. O, "Lill"lə müqaviləsinin başa çatmasının ardından azad agent kimi "Sanderlend"ə qoşulub.
Mönye son iki mövsümü "Lill"də keçirib. Təcrübəli müdafiəçi karyerası ərzində PSJ-nin heyətində üç dəfə Fransa çempionu olub. O, DÇ-2026-da Belçika millisinin heyətində 3 oyunda da forma geyinib.