Skaloni: "Bütün gücümüzü meydana qoyacağıq"

Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın yarımfinalında İngiltərə ilə keçirəcəkləri oyun barədə danışıb.

Newsport.az xəbər verir ki, o, mətbuat konfransında rəqibin güclü futbolçulara malik olduğunu bildirib.

“Rəqibin neytrallaşdırmağa çalışacağımız çox yaxşı futbolçuları var. İndiyədək əldə etdiklərimizi layiqincə qiymətləndirməliyik. Finala yüksəlmək üçün meydanda bütün gücümüzü qoyacağıq. Daha böyük uğurlar qazanmaq üçün kifayət qədər istəyimiz və ambisiyamız var. Məqsədimiz topa sahib olmaq, onu itirdikdə isə mümkün qədər az əziyyət çəkməkdir”, - deyə Skaloni söyləyib.

Qeyd edək ki, İngiltərə - Argentina görüşü bu gün ABŞ-ın Atlanta şəhərindəki "Mersedes-Benz" stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right